İlham Əliyev iftar mərasimində iştirak etdi

İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

987796
İlham Əliyev iftar mərasimində iştirak etdi

  İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

  "Azərtac" İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

  İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

  Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq deyib: "Ənənəvi iftar görüşümüzü şərəfləndirən Zati-aliləri Prezident İlham Əliyev cənablarına və bütün qonaqlara bugünkü müqəddəs məramlı məclisimizə “Xoş gəlmisiniz!” deyir, Qurani-Şərifin nazil olduğu mübarək Ramazan ayının xeyir-fəzilətlərini sizlərə, ailələrinizə, bütün Azərbaycan xalqına diləyirəm."

  İftar Mərasimində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yebdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete də çıxış ediblər. Sonda ölkə prezident İlham Əliyev gələnlərə müraciət edib: "Hörmətli şeyx həzrətləri, hörmətli din xadimləri, xanımlar və cənablar. Hər il olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar məclisində görüşürük. Bu gözəl ənənə yaşayır və yaşamalıdır. Bu, Azərbaycanda dövlət-din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir."



Әlaqәli Xәbәrlәr