Türkiyə-Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq

Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb Yüksək Mədrəsəsi ilə Türkiyənin dörd universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

985931
Türkiyə-Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq

Özbəkistan Müsəlmanları Dini İdarəsinin dəvətinə görə bu ölkəyə gedən bəzi Türk universitetlərin rektorları, rektör müavinləri və ilahiyyatçı professorlardan ibarət heyət, tarixi Buxara şəhərində görüşlər keçirib.

Özbəkistan Müsəlmanları Dini İdarəsindən mövzu ilə əlaqəli yayılan bəyanata görə aralarında İbn Haldun, Kastamonu, Mərmərə, İstanbul, Rəcəb Tayyib Ərdoğan, Dəclə Universitetləri rektor, rektor müavinləri, dekan və elmi işçilərindən ibarət heyətin Özbəkistanda keçirdikləri görüşlərdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları ətraflı müzakirə olunub. Danışıqlardan sonra Buxaradakı Mir Ərəb Yüksək Mədrəsəsi ilə Türkiyənin İbn Haldun Universiteti, İstanbul Sabahattin Zaim Universiteti, Kastamonu Universiteti və İstanbul Universiteti arasında təhsil sahəsində əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma imzalanıb.

Razılaşmaya görə tərəflər arasında tələbə mübadiləsi, elmi araşdırma layihələr həyata keçirmək, informasiya və elmi material dəyişmi, konfrans və digər elmi tədbirlər təşkil edilməsi kimi mövzularda əməkdaşlıq ediləcək.

 



Әlaqәli Xәbәrlәr