Özbəkistan turizmi canlandırmaq istiqamətində yeni bir addım atdı

Son dövrdə turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atan Özbəkistanda xarici vətəndaşlar müvəqqəti qaldıqları yerdə qeydiyyatından keçməkdən azad olundular.

983754
Özbəkistan turizmi canlandırmaq istiqamətində yeni bir addım atdı

 Mart ayında aralarında Türkiyənin də olduğu bir çox ölkəyə sərbəst viza rejimi tətbiq edən Özbəkistan turizmi canlandırmağa yönəlmiş yeni bir addım da atdı.
 
 Əcnəbilərin müvəqqəti qaldıqları yerdə  qeydiyyata düşmə zərurəti aradan qaldırıldı.
 
 Mövzu ilə bağlı verilən sərəncamda  indiyədək xaricilərə aid olan "müvəqqəti qeydiyyat məcburiyyəti" ev sahibi, dəvət edən tərəf, və ya turizm şirkətinin üzərinə düşdü.
 
 Olduqları hər bir bölgədə üç gündən az qalan əcnəbilərin isə müvəqqəti qeydiyyatdan keçmələrinə ehtiyac qalmayacaq.
 
Sərbəst səyahət edən, araba, və ya çadır düşərgələrində gecələyən əcnəbilər üç gün ərzində internet vasitəsilə müraciət edərək, olacaqları yerlər haqqında Özbəkistanın müvafiq orqanlarına məlumat verəcəklər.
 
 Bundan başqa, xarici vətəndaşların bir ay ərzində müvəqqəti yaşayış icazəsi üçün dövlətə 20 dollar məbləğindəki ödəniş haqqı da ləğv olundu.



Әlaqәli Xәbәrlәr