İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakıda

Türkiyənin İzmit Şəhər Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Azərbaycanda rəsmi səfərdədirlər.

968748
İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakıda

 

Türkiyənin İzmit Şəhər Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Azərbaycanın paytaxtı Bakıda səfərdədirlər.

Qonaqlar Nəsimi rayonunda olublar.

Nəsimi İH-dən verilən məlumata görə, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində olaraq Heydər Əliyevlə bağlı eksponatlarla tanış olublar.

Azərbaycana səfərdən məmnunluq hissi keçirdiklərini deyən nümayəndə heyətinin üzvləri Azərbaycanın inkişafından qürur duyduqlarını bildiriblər. 

Qeyd edək ki, Mayın 10-da Bakının Nəsimi rayonu ərazisində İzmit parkının açılış mərasimi keçirilib.

İzmit parkının açılışında iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, türk dünyası üçün önəmli gün olan Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təşkil olunan bu tədbir Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsinə xidmət edir. O qeyd edib ki, diplomatik korpusda Ulu Öndərin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyləri ilə bağlı geniş tədbirlər planlaşdırır. Diplomatın sözlərinə görə, Türkiyədə Azərbaycan-Türkiyə dostluğu ilə bağlı 150-dən artıq park, prospekt sakinlərin istifadəsinə verilib. O vurğulayıb ki, bu kimi tədbirlər həm də yeniyetmə və gənclər arasında Türkiyə-Azərbaycan qardaşlığını təbliğ edir.

Parkın açılış mərasimində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi və müxtəlif rəqs nömrələri təqdim edilib.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr