“Azərbaycan türkcəsi İranın iftixar vasitəsi və ətirli çiçəyidir”, H.Ruhani

İran mediasında yayılan xəbərlərə görə, ölkə prezidenti Həsən Ruhani Şərqi Azərbaycan əyalətinin mərkəzi olan Təbriz şəhərindəki Taxtı stadionunda xalqa xitab edərək türkcənin (Azərbaycan türkcəsinin) genişləndirilməsinin əhəmiyyətinə toxunub.

957841
“Azərbaycan türkcəsi İranın iftixar vasitəsi və ətirli çiçəyidir”, H.Ruhani

  İran mediasında yayılan xəbərlərə görə, ölkə prezidenti Həsən Ruhani Şərqi Azərbaycan əyalətinin mərkəzi olan Təbriz şəhərindəki Taxtı stadionunda xalqa xitab edərək türkcənin (Azərbaycan türkcəsinin) genişləndirilməsinin əhəmiyyətinə toxunaraq deyib: “Azərbaycan türkcəsində lazımi kitabların çap edilməsi üçün göstəriş verdim. Çünki bu dil bu torpaqların iftixar vasitəsi və ətirli çiçəklərindəndir. Biz bu vətənlə, bu xalqla, bu torpaqlarla fəxr etməliyik".

  Xatırladaq ki, H.Ruhaninin bu açıqlamaları onun müavini Əli Yunesinin iki gün əvvəl "Azərbaycanlılar türkdilli farsdər" və s. kimi türklərə təhqirli sözlərinə Məclisdəki türk soylu vəkillərin reaksiyasından sonra verib.

  Qeyd edək ki, cümə günü İran və Rusiya arasında fars və rus dillərinin qarşılıqlı olaraq iki ölkədəki məktəblərdə "ikinci dil" kimi tədris edilməsi təklifi də İran türklərin etirazına səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr