Azərbaycan NATO və Rusiya arasında yüksək səviyyəli görüşlərə ev sahibliyi edir

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Azərbaycanın paytaxtı Bakıdakı görüşlərdə Suriyadakı vəziyyət müzakirə olunacaq.

954996
Azərbaycan NATO və Rusiya arasında yüksək səviyyəli görüşlərə ev sahibliyi edir

Azərbaycan NATO və Rusiya arasında yüksək səviyyəli görüşlərə ev sahibliyi edir. 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və  NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti (Curtis Scaparotti) Bakıda görüşəcəklər.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Azərbaycanın paytaxtı Bakıdakı görüşlərdə Suriyadakı vəziyyət müzakirə olunacaq.

Görüşdə NATO və Rusiyanın Avropadakı hərbi fəallıq məsələsini də müzakirəyə çıxaracağı bildirilib. 



Әlaqәli Xәbәrlәr