Qırğızıstan prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov 9-10 aprel tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

945831
Qırğızıstan prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov 9-10 aprel tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
 
 Qırğızıstan Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov keçirdiyi mətbuat konfransında Ceenbekovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və heyətlərarası görüşlər keçirəcəyini bildirdi.
 
 "Türkiyə Qırğızıstan üçün yaxşı  dost və etibarlı tərəfdaşdır" deyən Sıdıkov Ceenbekovun prezident olaraq Türkiyəyə ilk rəsmi səfərinin ikitərəfli əlaqələri daha da dərinləşdirməyə və genişləndirməyə hazır olduğu mənasını daşıdığını və bu çərçivədə iki ölkə arasında daha yüksək səviyyədə siyasi dialoqun qurulmasının nəzərdə tutulduğunu vurğuladı.
 
 Sıdıkov Ceenbekovun Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Baş nazir Binəliı Yıldırım ilə də görüşəcəyini də qeyd etdi.
 
 Görüşlərdə Qırğızıstan-Türkiyə əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılacağını deyən Sıdıkov səfərin ticari və iqtisadi əlaqələrin genişlənməsi və dərinləşdirilməsi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, (Türk Keneşi) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində Türkiyə ilə əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə ümid edildiyini nəzərə çatdırdı.
 
 Sıdıkov Qırğızıstan və Türkiyə hökumətləri arasında qarşılıqlı təşviq və sərmayələrin qorunması, kənd təsərrüfatı, mədəniyyət, idman və sosial müdafiə sahələrinə aid müqavilərin bağlanması ilə yanaşı mətbuat və informasiya sahələrində əməkdaşlıq protokolunun imzalanmasının planlaşdırıldığını bildirdi.



Әlaqәli Xәbәrlәr