Astara-Astara dəmir yolu layihəsinin açılışı oldu

Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk mərhələsinin və terminalının açılışı oldu.

939320
Astara-Astara dəmir yolu layihəsinin açılışı oldu

   APA-nın Tehran bürosunun məlumatına görə, açılış mərasimdə İranın Astara şəhərində iki ölkə rəsmiləri iştirak edib.

  Eyni zamanda, martın 27-də 60 hektarlıq ərazidə taxıl terminalı tikintisinin təməli qoyulub. 

  Təməlqoyma və açılış mərasimində Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbər və nümayəndələri, eləcə də İranın  Yol və Şəhərsalma nazirinin müavini və Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı şirkətinin rəhbəri iştirak edib.

  Layihənin açılış mərasimində çıxış edən Gilan əyalətinin başçısı Mustafa Salari deyib: “Astara-Astara dəmir yolu Azərbaycan və İran arasında ticarət, mədəni və siyasi əlaqələri daha da genişləndirəcək. Astara-Astara dəmir yolu xətti Azərbaycan və İran prezidentlərinin razılığı və iki ölkənin dəmir yolları idarələrinin zəhmətilə ərsəyə gəlib. Azərbaycan Respublikası Rəşt-Astara dəmir yolu xəttinin tikintisi xərclərinin 50 faizini təmin edəcək və bununla bağlı Bakıda iki ölkə rəhbərlərinin iştirakı ilə imzalama mərasimi keçiriləcək. Astara-Astara dəmir yolunun Avropa ölkələrinə birləşməsi regionda böyük dəyişikliyə səbəb olacaq. Nəqliyyatla yanaşı, məhsulların ixrac və idxalı, məhsulların qablaşdırılması, paylanması və logistika sahəsində yeni iş yerləri yaradılacaq. Rəşt-Astara dəmir yolunun tikintisininə ciddi nəzarət edərək onu tez bir zamanda başa çatdırmağa çalışırıq”.



Әlaqәli Xәbәrlәr