“Türkiyə Əfqanistanda sabitlik, təhlükəsizlik və rifahın təmininə dəstəyini davam etdirəcək”

Özbəkistanın paytaxtı Daşkənddə Əfqanıstan üzrə “Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət” adlı beynəlxalq konfrans işə başlayıb.

938551

Konfransda Türkiyəni təmsil edən Xarici İşlər naziri Mövlud Çavuşoğlu etdiyi çıxışda deyib ki, Əfqanıstan Dövlət başçısı Əşrəf Qaninin şərt irəli sürmədən Taliban ilə görüşlərə başlama çağırışını məmnunluqla qarşılayırıq və bunun gözdən yayındırılmayacağına ümid edirik. Bu ölkədə daimi sülhün hökumət tərəfindən davam etdirilən razılaşma prosesi sayəsində əldə edilə biləcəyinə də inanırıq.

Əfqanıstandakı qrupların hamısının Əfqan hökumətini tanımalarını, zorakılığa etiraz etmələrini və qanuni siyasətin bir hissəsi olmalarını istədiklərini bildirən Çavuşoğlu, bu ölkədəki problemlərin bir çoxunun sərhəddən kənar mənbələndiyinə diqqət çəkib. Ayrıca bölgə ölkələrinin və beynəlxalq ictimaiyyətin da razılıq prosesinə dəstək verməsinin daşıdığı əhəmiyyəti dilə gətirib.

Xarici İşlər naziri M. Çavuşoğlu qısa müddət əvvəl Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkmənistanla birlikdə nəqliyyata dair saziş imzalandığını xatırladaraq, Türkiyənin başçılığında Əfqanıstanın təhlükəsizliyi və sabitliyi üçün “İstanbul prosesi” adlı yeni bir təşəbbüs qaldırıldığını, buna görə Özbəkistana təşəkkür etdiyini, bu prosesin Özbəkistanın dəstəyilə daha da dəyər qazanacağını deyib.

Әlaqәli Xәbәrlәr