Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah Özbəkistanda "Taşkent Konfransı" na qatılacaq

Konfransda Əfqanıstanda sülh prosesi müzakirə olunacaq.

937952
Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah Özbəkistanda "Taşkent Konfransı" na qatılacaq

Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah Özbəkistanda "Taşkent Konfransı" na qatılacaq.

Konfransda Əfqanıstanda sülh prosesi müzakirə olunacaq.

Əfqanıstan haqqında Daşkənd Konfransına Türkiyə ilə yanaşı aralarında ABŞ, Rusiya, Əfqanıstan və Pakistanın da olduğu 20 ölkədən nümayəndə qatılacaq.

Konfransda BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini iştirak edəcək.

Konfransın sonunda Talibanın Əfgan hökuməti ilə müzakirəyə çağırılacağı gözlənilir.

Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da Özbəkistanda yüksək səviyyəli görüşləri olacaq. Həmin çərçivədə Özbəkistan prezidenti Şevket Mirziyoyev tərəfindən qəbul ediləcək, özbəkistanlı həmkarı Əbdulaziz Kamilovla  bir araya gələcək.



Әlaqәli Xәbәrlәr