Astanada Orta Asiya Prezidentləri Məşvərət Toplantısı keçiriləcək

Cümə axşamı günü Qazaxıstanın paytaxtı Astanada Orta Asiya Prezidentləri Məşvərət Toplantısı keçiriləcək.

927427
Astanada Orta Asiya Prezidentləri Məşvərət Toplantısı keçiriləcək

Cümə günü Qazaxıstanın paytaxtı Astanada Orta Asiya Prezidentləri Məşvərət Toplantısı keçiriləcək.
 
 Qazaxıstan Prezident Aparatının mətbuat katibi Aydos Ukibay  Nursultan Nazarbayevin ev sahibliyi ilə keçiriləcək toplantıya Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin qatılacağını bildirdi.
 
 Ukibay bu toplantının Orta Asiya ölkələrinin ortaq bayramı olan Novruz ərəfəsində keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğuladı.
 
Toplantının gündəliyinə dair məlumat verməyən Ukibay Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun daha əvvəldən planlaşdırılan yüksək səviyyəli tədbirləri səbəbindən bu ölkənin toplantıda parlament sədri Akça Nurberdiyevanın təmsil edəcəyini bildirdi.
 
 Tacikistan prezidenti Emoməli Rahmonun çərşənbə günü Qazaxıstana rəsmi səfər edəcəyini qeyd edən Ukibay səfər çərçivəsində ikitərəfli, regional və beynəlxalq aktual məsələlərin müzakirə olunacağını ifadə etdi.



Әlaqәli Xәbәrlәr