İlham Əliyev yanğın yerində oldu

Dövlət başçısı Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın haqqında məlumat alıb, vəziyyətlə maraqlanıb, sonra yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

921573
İlham Əliyev yanğın yerində oldu

  Azərbaycan Prezidenti İlham Əliyev bu gün səhər Bakı şəhər Xətai rayonunda yanğın baş vermiş əraziyə gəlib.

  APA xəbər agentliyinin məlumatına görə, dövlət başçısı Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın haqqında məlumat alıb, vəziyyətlə maraqlanıb.

  Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb. Hadisə nəticəsində xeyli sayda ölən və xəsarət alan var.

  Azərbaycan prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək, habelə görülmüş işlər haqqında mütəmadi məlumat vermək tapşırılıb.

  Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidentinə başsağlığı verib.



Әlaqәli Xәbәrlәr