Türkmənistan prezidenti 8 martda qadınları belə təbrik edəcək

Türkmənistan qadınlarına 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə prezidenti Qurbanqulu Berdımuhammedovun adından 40 manat (11 dollar) veriləcək.

920478

Bu 40 manatı ölkədə mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan qadınlar alacaq.

Prezident sərəncamının tələbələrə, məktəbli qızlara, uşaq bağçalarında işləyən qadın müəllimlərə də şamil olunacağı bildirilib.

Təqaüdçü qadınlar da prezidentin hədiyyəsini ala biləcəklər.

Mənbə: Trend İnformasiya Agentliyi

Әlaqәli Xәbәrlәr