Qazaxıstan,Türk iş adamlarına 47 layihə təklif edib

Qazax Invest Milli İnvestisiya Şirkəti İdarə heyətinin Başçısı Saparbek Tuyakbayev, keçən həftə Türkiyəyə səfəri zamanı Türk iş adamları ilə bir araya gəlib.

919443
Qazaxıstan,Türk iş adamlarına 47 layihə təklif edib

Qazaxıstan Baş nazirliyinin açıqlamasında bildirilib ki, Qazax Invest Milli İnvestisiya Şirkəti İdarə heyətinin Başçısı Saparbek Tuyakbayev, keçən həftə Türkiyəyə səfəri zamanı Türk iş adamları ilə bir araya gəlib. Tuyakbayev görüş zamanı Türk iş adamlarından tələb edib ki, Qazaxıstanda müxtəlif sektorlarda həyata keçirilməsi nəzərdə tutulan 47 nəhəng investisiya layihədə   iştirak etsinlər.

Türk iş adamlarının Qazaxıstanda həyata keçiriləcək layihələr ilə maraqlandıqlarını ifadə edən Tuyakbayev danışıqlar nəticəsində Qoç Holdinq ilə Kızılorda əyalətində pomidor və hazır məhsullar istehsal edilməsi mövzusunda razılaşdıqlarını Yıldırım Holdinqin isə Qazaxıstan geologiya şirkəti Kazgeologiya ilə birlikdə 10 milyon dollarlıq qatı mineralları kəşf layihəsini həyata keçirəcəyini, Jambıl əyalətində də 220 milyon dollarlıq Natrium karbonat istehsalına başlayacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr