Çikaqoda “Xocalıya ədalət” yürüşü keçirildi

İştirakçılar arasında Türkiyənin Çikaqodakı Baş konsulu Umut Acar iştirak edərək yürüş iştirakçılarına dəstək olub.

917987
Çikaqoda “Xocalıya ədalət” yürüşü keçirildi

Fevralın 25-i 2018-ci ildə Xocalı faciəsinin 26-cı ildönümündə ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqoda (İllinoys ştatı) yaşayan azərbaycanlı və türk icmasının nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” yürüşü keçirilib.

Yürüş zamanı şəhərin mərkəzi küçəsi olan məşhur Miçiqan prospektində toplaşan soydaşlarımız “Xocalıya ədalət”, “Xocalını unutmayın” və digər şüarlar yazılmış plakatlar tutublar.

İştirakçılar arasında Türkiyənin Çikaqodakı Baş konsulu Umut Acar iştirak edərək yürüş iştirakçılarına dəstək olub.

Acar " Xocalı 100  əvvəlindən soyqırımı uydurmaya cəhd edənlərin əllərinə fürsət keçirdikləri zaman nələr edə biləcəklərinin sübutudur.  İtirdiyimiz 613 canı rəhmətlə yad edirik. Azəbaycanlı qardaşlarımızın kədəri bizim də ürəyimizdədir." deyib.

Amerikalıların da maraq göstərdiyi  yürüş hər hansı hadisə yaranmadan sona çatıb.



Әlaqәli Xәbәrlәr