"İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik deyə bildirdi.

914661
"İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb", R.T. Ərdoğan

Xocalı faciəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bunu hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında çıxış edərkən dedi.

Dövlət başçışı bildirib ki, dünyada hər fürsətdə demokratiyadan, insan hüquqlarından bəhs edib Xocalı qatillərinə hökm kəsən və ya bununla bağlı çıxışlar edən bir ölkə gördünüzmü? Görə bilməzsiniz. Çünki Türkə, müsəlmana gələndə onların gözləri, qulaqları və vicdanları qapanır. Onlar görməz, eşitməz, hiss etməzlər. Amma hər kəs unutsa da biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq.

Toplantıya Azərbaycandan da nümayəndələr qatılıb. Belə ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar Türkiyə-Azərbaycan İş adamları Birliyinin sədri Hüseyn Böyükfırat və Xocalıdan olan deputat Elman Məmmədovla birgə Xocalı faciəsinin bir qrup şahidi tədbirdə iştirak edib.



Әlaqәli Xәbәrlәr