Azərbaycan prezidenti Türkiyə ilə imzalanan bəzi sazişləri təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

905168

Hemin sənəd 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir.

Dövlət başçısı İlham Əliyev  həmçinin Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi, eləcə də Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərmanlar imzalayıb.

Әlaqәli Xәbәrlәr