Özbəkistan 7 ölkə ilə viza rejimini ləğv edib

Özbəkistan, aralarında Türkiyənin də olduğu 7 ölkə ilə olan viza rejimi tətbiqinə son qoyub.

903935
Özbəkistan 7 ölkə ilə viza rejimini ləğv edib

"Özbəkistanda səyyahlık potensialının inkişaf etdirilməsi üçün müsbət şəraitin təmin edilməsinə" dair qərarnamə Prezident Şövkət Mirziyoyev tərəfindən imzalanıb. Qərarnaməyə görə 10 Fevraldan etibarən İsrail, İndoneziya, Cənubi Koreya, Malayziya, Sinqapur, Yaponiya və Türkiyə vətəndaşlarına viza rejimi tətbiqi ləğv edilib. zikr edilən ölkə vətəndaşları viza tələb edilmədən 30 gün müddətlə Özbəkistanda səfərdə olabiləcəklər.

Özbəkistana uçuş reallaşdıran sərnişin təyyarələrinin ekipaj heyət üzvlərinin də istifadə edəbiləcəkləri ifadə edilən qərarnamədə, 1 iyul tarixindən tutmuş "e-viza" sisteminə keçiş olacağı da bildirilib.

Qeyd edək ki, prezident Mirziyoyevin oktyabr ayında imzaladığı sərəncam ilə Türkiyə, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya, İsveçrə, Çexya, Latviya, Malayziya, Yaponiya və Tayland vətəndaşları üçün asanlaşdırılmış viza rejimi tətbiqi başlamışdı.



Әlaqәli Xәbәrlәr