Qırğıztan radio televiziya  şirkǝti  ilǝ TRT arasında yeni ǝmǝkdaşlıq

Qırğızıstan nümayəndə heyəti Türkiyə Radio Televiziya Şirkǝti TRT-də olub.

902289
Qırğıztan radio televiziya  şirkǝti  ilǝ TRT arasında yeni ǝmǝkdaşlıq

 Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Aynura Temirbekova və Qırğızıstanın Ankara səfirinin müşaviri Meder Abakirov TRT-ni ziyarət edərək Baş direktor müavini Zəki Çiftçi ilə görüşüb.

Zəki Çiftçi, qardaş ölkə Qırğızıstan nümayəndə heyətinin Türkiyə radio telefiziya şirkətini ziyarətini yüksək qiymətləndirdiyini bildirib.

Nazir müavini Aynura Temirbekova da ziyarətin məqsədi TRT ilə Qırğızstan Radio Televiziya Şirkəti arasında bu günə dək edilən əməkdaşlığı irəli pillələrə qaldırmaq, Türkiyənin seriyal çəkimləri ilə əlaqəli təcrübələrindən bəhrələnmək, iki ölkənin ortaq seriyal çəkməsinə zəmin yaratmaq olduğunu deyib.

Baş direktor müavini Zəki Çiftçi qonaqlara TRT-nin kanalları və texniki imkanları haqqında məlumat verib. TRT Avaz kanalının iki ölkə şirkətləri arasında əməkdaşlıq imkanlarını araşdıracağını və daha əvvəl imzalanmış razılaşmalara əlavə olaraq yeni əməkdaşlıq protoqolları imzalana biləcəyini, Qırğızıstanın hazır ssenarisinin olması halında bunu tədqiq edərək ortaq seriyal çəkəbiləcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr