Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyəyə gələcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Türkiyəyə gələcək.

896770
Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyəyə gələcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Türkiyəyə gələcək.

QMİ-nin məlumatına görə, səfərdə məqsəd yanvarın 29-30-da İstanbulda keçiriləcək “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

A.Paşazadə konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.

Türkiyə hökumətinin himayəsi altında keçiriləcək tədbirdə Türkiyə, İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.

 



Әlaqәli Xәbәrlәr