TİKA Qırğızıstanda uşaq evinə yardım etdi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Qırğızıstanda bir uşaq evinə oyuncaqlar, oyun parkı, mətbək ləvazimatı və mebel verdi.

875690
TİKA Qırğızıstanda uşaq evinə yardım etdi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyindən verilən məlumatda Oş şəhərində Qırğızıstan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən mərkəzdə qalan 0-4 yaşlarındakı uşaqlara yardım edildiyi bildirilir.

TİKA Bişkək proqram koordinatoru Əli Muslu gətirdikləri oyuncaq, oyun parkı, mətbək ləvazimatları və mebelləri uşaq evinin rəsmilərinə təqdim etdi.

Mərkəzin müdiri Roza Sadorova:"TİKA bizə istınilən yardımı etdi. Bu ləvazimatlara çox ehtiyacımız vardı. Çox təşəkkür edirik"dedi.

TİKA sözügedən mərkəzə daha əvvəl də yardım edərək bir körpənin əməliyyat xərclərini ödəmişdi.

 



Әlaqәli Xәbәrlәr