Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

874616
Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan il ərzində keçirilən çoxsaylı qarşılıqlı səfərləri və görüşləri məmnunluqla xatırlayıb və əmin olduqlarını bildiriblər ki, bu təmaslar gələn il də davam edəcək.

 

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr