Azərbaycan media təmsilçiləri İstanbulda səfərdədirlər

Nümayəndə heyətinin Türkiyənin informasiya məsələlərinə məsul qurumlarında, aparıcı KİV-lərin redaksiyalarında, o cümlədən müxtəlif iqtisadi, mədəni yönümlü təşkilatlarda görüşləri nəzərdə tutulub.

868217
Azərbaycan media təmsilçiləri İstanbulda səfərdədirlər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkənin media qurumlarının təmsilçilərindən ibarət 14 nəfərlik nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərinə səfəri başlayıb.

Nümayəndə heyətinin Türkiyənin informasiya məsələlərinə məsul qurumlarında, aparıcı KİV-lərin redaksiyalarında, o cümlədən müxtəlif iqtisadi, mədəni yönümlü təşkilatlarda görüşləri nəzərdə tutulub.

Səfər proqramı dekabrın 13-də ümummilli lider Heydər Əliyevin İstanbul şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. 

Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumuna (DEİK) gələn Azərbaycan media təmsilçilərini qurumun sədr müavini Çingiz Gül qarşılayıb. O, nümayəndə heyəti ilə görüşdə təmsil etdiyi qurumun dünya ölkələrində, o cümlədən Azərbaycanda gerçəkləşdirdiyi layihələr barədə məlumat verib. DEİK təmsilçisi Azərbaycanla bağlı layihələrdə Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət yetirildiyini də önə çəkib. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra qurumun Azərbaycanla bağlı daha böyük layihələri reallaşdıracağını bildirib. DEİK təmsilçisi planlaşdırılan layihələrin uğurla tamamlanması üçün medianın verə biləcəyi faydalar barədə fikirlərini bölüşüb.

Media təmsilçiləri Türkiyə Turizm Agentlikləri Birliyində də olublar. Azərbaycanda ciddi turizm potensialının olduğu vurğulanıb və bu sahənin inkişafı üçün qarşılıqlı əlaqələrin gücləndirilməsinin faydalı olduğu qeyd edilib. 

Qeyd edək ki, Azərbaycan media təmsilçilərinin İstanbula səfər proqramı dekabrın 17-dək davam edəcək.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr