"Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır", Əliyev

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahında görüş keçirib.

853487
"Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır", Əliyev

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

NATO-nun baş katibi Yens Stoltenberq Prezident İlham Əliyevi qarşılayıb.

Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub. Daha sonra birgə mətbuat konfransı keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində deyib ki, biz regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik və regional təhlükəsizliyə ən böyük təhlükə  Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir.

Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: "Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılır və bu vəziyyət, təəssüf ki, dəyişmir. Ermənistan status-kvonun saxlanılmasını istəyir, baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən gələn bəyanatlarda status-kvonun qəbuledilməzlyi və onu dəyişdirilməsinin zəruriliyi bildirilir."

Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "20 ildən artıqdır Ermənistan bu qətnamələrə tabe olmur. Münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyü prinsipinin qorunmasına əsaslanmalıdır. Azərbaycanla NATO arasında əməkdaşlıq potensialın inkişafından enerji təhlükəsizliyinin təmin olunmasına qədər bir çox sahələri əhatə edir".

 NATO Baş katibi Yens Stoltenberq isə öz növbəsində bildirib ki, biz seçdiyimiz bütün sahələrdə işə davam etmək və əməkdaşlığımızı inkişaf etdirməkdə qərarlıyıq.

Y.Stoltenberq həmçinin Azərbaycan Prezidenti ilə görüş zamanı Cənubi Qafqazda regional təhlükəsizlik məsələsinin müzakirə olunduğunu qeyd edib. 



Әlaqәli Xәbәrlәr