Ulu öndər Mustafa Kamal Atatürk vəfatının 79-cu ildönümündə Azərbaycanda da yad edildi

Atatürkün vəfatının ildönümü münasibətilə Türkiyənin Bakı Səfirliyi rəsmi mərasim keçirdi.

844871
Ulu öndər Mustafa Kamal Atatürk vəfatının 79-cu ildönümündə Azərbaycanda da yad edildi

Ulu öndər Mustafa Kamal Atatürk vəfatının 79-cu ildönümündə Azərbaycanda da yad edildi.

Ulu öndər Mustafa Kamal Atatürk vəfatının 79-cu ildönümündə Bakıda təşkil edilən mərasimlərlə xatırlandı. Atatürkün vəfatının ildönümü münasibətilə Türkiyənin Bakı Səfirliyi rəsmi mərasim keçirdi. Mərasimdə səfir Erkan Özoral, Şimali Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer, Türk qurum və quruluşlarının nümayəndələri ilə vətəndaşlar iştirak etdi.

TRT-nin Bakı təmsilçiliyinin məlumatına əsasən, mərasimdə saat 9.05-də Atatürk sükutla yad edildi, Türk Bayrağı yarıya endirildi. Mərasimdən sonra Atatürklə əlaqəli qısa video-çarx nümayiş etdirildi, səfir Erkan Özoral Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 10 noyabr mesajını oxudu.



Әlaqәli Xәbәrlәr