"Müzakirə prosesində Azərbaycanın torpaq bütövlüyü müzakirə mövzusu ola bilməz",İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan ilə Dağlıq Qarabağ müzakirələri prosesində Azərbaycanın torpaq bütövlüyünün müzakirə mövzusu ola bilməyəcəyini söylədi.

823172

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bu məsələdə ölkəsinin mövqeyinin dəyişməz qaldığını, ərazi bütövlüyünün danışıqlar predmeti olmadığını bildirdi. Qeyd etdi ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlət başçısı onu da vurğuladı ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.

Әlaqәli Xәbәrlәr