Türkiyənin Milli Müdafiə naziri Azərbaycanda

Rəsmi görüşlər üçün paytaxt Bakıda olan nazir Nurəddin Canikli səhər Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Mətbuata qapalı şəkildə gerçəkləşən görüş 40 dəqiqə sürüb.

816080
Türkiyənin Milli Müdafiə naziri Azərbaycanda

    N.Canikli Azərbaycanın əvvəlki prezidenti Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərin suallarını cavablandıraraq bunları söyləyib:

  “İraq Kürd Regional İdarəçiliyinin 25 sentyabrda keçirdiyi referendum qeyri-qanunidir. Bir bölgədə dövlət içində dövlət qurulması fikri belə bütün region və dünyanı oda atar. Məsələnin qlobal miqyasa çıxarılması özü ilə birlikdə münaqişələri də gətirir.

  Müxtəlif etnik, məzhəb və demoqrafiyanın olduğu bölgələrdə balans həssas şəkildə qorunmalıdır. O həssas tarazlıq içində ən kiçik bir kərpici çəksən, daşı oynatsan, pozulan tarazlıq bölgənin tarazlığını pozar.

  Türkiyə Şimali İraqdan gələ biləcək bütün təhdidlərə qarşı hər cür addım atmağa hazırdır.”



Әlaqәli Xәbәrlәr