Türkiyə Türkmənistanın enerji layihələrini dəstəkləyir

Türkiyənin Aşqabad səfiri Mustafa Kapucu Türkiyənin Türkmənistanın qazını Avropaya nəql etməyə hazır olduğunu bildirdi

745250
Türkiyə Türkmənistanın enerji layihələrini dəstəkləyir

 Türkiyənin Aşqabad səfiri Mustafa Kapucu Türkiyənin lazımi şərait yarandığında Türkmənistanın qazını Avropaya nəql etməyə hazır olduğunu bildirdi və: "Enerji mənbələrinin şaxələndirilməsi çərçivəsində Türkmənistanın qaz layihələrini dəstəkləyirik" dedi.
 
  Aşqabad Beynəlxalq Enerji Xartiyası forumunda iştirak edən Kapucu Anadolu Xəbər  Agentliyinin suallarını cavablandırdı.

 Türkiyə səfiri 2017-ci ilin Türkiyə-Türkmənistan diplomatik əlaqələrinin qurulmasının 25-ci ili olduğunu qeyd etdi.
 
  Ölkələr arasında mədəni yaxınlığın, dil və din birliyinin çoxtərəfli əlaqələrin əsasını təşkil etdiyini dilə gətirən Kapucu:"Bir millət iki dövlət" ifadəsi Türkmənistana da aiddir. Türkmənistan ilə iqtisadi əlaqələrimiz mükəmməl səviyyədədir. Hər sahədə yaxın əlaqə və əməkdaşlığımız mövcuddur. Ticari əlaqələrimiz 2013 ildə ən yüksək səviyyəyə çataraq, 3 milyard dolları keçib. Hazırda iki ölkə arasındakı ticari dövriyyə 1,7 milyard dollara yaxındır" dedi.
 
  Kapucu Türkmənistan ilə ikitərəfli münasibətlərdə nəqliyyat və enerji sahələrindəki əməkdaşlığın strateji əhəmiyyət daşıdığına diqqəti çəkdi, İpək Yolu layihəsinin həyata keçirilməsində Türkmənistanın əhəmiyyətli bir keçid nöqtəsi olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr