Mahdumqulu Fəraqi Şeir Günləri

Türkmənistanda hər il 18 May Konstitusiya Günü və tanınmış türkmən şairi Mahdumqulu Fəraqinin Şeir Günü tədbirləri olur.

734406
Mahdumqulu Fəraqi Şeir Günləri

  1724-1807-ci illərdə yaşayıb-yaratmış Mahdumqulu Fəraqi təkcə Türkmənistanda deyil, bütün Orta Asiyada tanınan, sevilən, hörmətlə yad edilən bir xalq şairi, filosofdur.

  Türkmənlər Mahdumqulu Fəraqini türkmən ədəbiyyatının təməl daşı hesab edir və hər il ölkədə onun xatirəsinə Şeir Günü keçirirlər.

  Bu günlər də Türkmənistanın orta məktəb və universitetlərində Mahdumqulu Fəraqinin ədəbi şəxsiyyəti bir daha izah edilmış, şagird və tələbələrin təqdimatında şeirləri oxunmuşdur.

  Şairin İranın Xorasan bölgəsində Ak Tokay kəndindəki qəbiri, hər il olduğu kimi, bu il də 18 may ərəfəsində yerli və qonaq türkmənlər tərəfindən ziyarət edilib. Türkmənlər həm də Mahdumqulunun ilk müəllimi olan atası Dövlətməhəmməd Azadinin eyni kənddə yerləşən qəbrinə də baş çəkiblər.

 



Әlaqәli Xәbәrlәr