Tədbirdə iş adamları öz biznes təcrübələrini tələbələrlə bölüşəcəklər

Türk dünyasının tanınmış iş adamlarıın UNEC-in tələbələri ilə görüşləri başlanıb.

724035
Tədbirdə iş adamları öz biznes təcrübələrini tələbələrlə bölüşəcəklər

Türk dünyasının tanınmış iş adamlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşləri başlanıb.

AZƏRTAC-ın xəbərinə əsasən, beş gün davam edəcək görüşlərdə iş adamları öz biznes təcrübələrini tələbələrlə bölüşəcəklər.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərindən danışıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə son illər UNEC-də həyata keçirilən yenilikləri müsbət qiymətləndirən diplomat tələbələrə karyerasına necə başlamasından, əldə etdiyi uğurlardan danışıb, gənclərə tövsiyələrini verib. Diplomat deyib ki, iş adamlarının paylaşdıqları təcrübələri tələbələr bir fürsət kimi dəyərləndirməlidirlər.

UNEC-in prorektoru, professor Damət Bağırov UNEC-də həyata keçirilən yeniliklərdən danışıb. Bildirilib ki, son illər universitet iş adamları ilə sıx əməkdaşlığa xüsusi diqqət yetirir. Onlarla mütəmadi görüşlər keçirilir, tədris proqramları və fənlərinin hazırlanmasında iş adamlarının təklif və tövsiyələri dinlənilir. UNEC-də praktik fənlərin tədrisinə üstünlük verilir, müasir tələblərə cavab verən fənlər tədris olunur. İş dünyasının sıx əməkdaşlığı universitetin tədrisini daha səmərəli etməklə yanaşı, kadr problemlərinin həllində də müsbət rol oynayır.

Türkiyə-Azərbaycan İş Adamları Birliyinin sədri Cemal Yangın iş adamlarının ali məktəblərlə əməkdaşlığının vacibliyini vurğulayıb. Bildirilib ki, müasir tələblərə cavab verən kadr hazırlığı universitet-iş dünyası əməkdaşlığını zəruri edir. Bu baxımdan ali təhsil müəssisələri və iş dünyası münasibətlərinin inkişaf etməsində belə görüşlər böyük əhəmiyyət daşıyır.



Әlaqәli Xәbәrlәr