Simpozium türk soylu alimləri bir araya gətirdi (video)

Ankarada Qazi Universitetində 17-18 aprel tarixlərində professor M.Fuad Köprülünün xatirəsinə ithaf olunmuş II Beynəlxalq Türk Dili və Ədəbiyyatı Təhsil Simpoziumu keçirildi.

715637
Simpozium türk soylu alimləri bir araya gətirdi (video)

  Tədbir türk dünyasının müxtəlif ölkələrinin dilçi və ədəbiyyatşünaslarını  bir araya gətirdi.

  Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Uyğur və başqa türk soylu alimlər simpoziumda “Türkologiya ilə bağlı dərslik kitablarının yaradılması”, “Uyğur türkcəsinin tədrisi problemləri”, “Dilin tədrisində folklorun rolu”, “Xalq ədəbiyyatında terminlər problemi”, “Əruz vəzninin öyrədilməsində diqqət ediləsi məqamlar və təkliflər”, “Atalar sözləri”, “Alqışlar və qarğışlar”, “Türkiyə-Qazaxıstan ədəbi əlaqələri”, “Bəlağətli mətn oxuma bacarığının aşılanması”, “Ədəbiyyatı estetik zövqlə təlim metodları”, ”Universitetlərdə ortaq türk dili dərsi”, “Türk dillərinin öyrənilməsində xüsusi isimlərin rolu”, “Oğuz dil qrupuna aid türk dillərinin bənzər və fərqli tərəfləri və uyğunlaşdırma yolları”, “Rusiya imperatorluğunda türkologiyanın inkişafı”, “Osmanlıca necə öyrədilməli”, “Gənclik ədəbiyyatının inkişafı”, “Özbək dil və ədəbiyyat dərslərinin müntəxabatına baxış”, “Türkmən ədəbiyyatında Baykara və Nəvai”, “Ədəbiyyatda ideal insan obrazı”, “Fuad Körpülü və Azərbaycan ədəbiyyatı”, “Almaniyada türk dili”, “Ortaq əlifba”, “Azərbaycanlı albanların dili və folkloruna baxış”, “SSRİ dövründə türk dünyasının simvollarla anladılmasının Azərbaycan nümunəsi”, “Uşaq ədəbiyyatı” və bu kimi mövzuları qarşılıqlı müzakirə etdilər.

  Ankarada keçirilən II Beynəlxalq Türk Dili və Ədəbiyyatı Təhsil Simpoziumu ümumtürk dünyası alimlərini bir araya gətirdiyi və ortaq türk dəyərlərini birləşdirib dərslik yaradılmasına hazırlıq baxımından çox əhəmiyyətlidir.           



Әlaqәli Xәbәrlәr