"Heç kəs Türk tərəfinin birtərəfli addımlar atmasını gözləməməlidir", M.Akıncı

M. Akıncı Kıbrıs müzakirələrində 11 apreldə (sabah) başlayacaq yeni dövrdə heç kəsin Türk tərəfinin birtərəfli addımlar atmasını gözləməməsinin vacibliyini dilə gətirib.

709038
"Heç kəs Türk tərəfinin birtərəfli addımlar atmasını gözləməməlidir", M.Akıncı

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrıs müzakirələrində 11 apreldə (sabah) başlayacaq yeni dövrdə heç kəsin Türk tərəfinin birtərəfli addımlar atmasını gözləməməsinin vacibliyini dilə gətirib.

Mustafa Akıncı Lapta Bələdiyyəsinin təşkil etdiyi Ayrelli Festivalında etdiyi çıxışda 11 apreldə sülhsevər niyyətlə başlayacaqları yeni müzakirə dövründə BMT-nin üzərinə əhəmiyyətli vəzifə düşdüyünü ifadə edərək deyib ki, həm iki tərəf həm də üç zamin ölkə arasında diplomatiya sahəsində çox ciddi  addımlar atılmalıdır. Hakimlik və yazılı rəsmi təklif istəmirik. Vasitəçilik edəcək düşüncə və təklif istəyirik. BMT səlahiyyətliləri tərəfsiz qalıb bərabərliyi güdərək köməkçi olacaq anlayışlar irəli sürə bilərlər.

Prezident Mustafa Akıncı Rum Məclisinin 10 fevralda qəbul etdiyi "Enosis referendumunun ildönümünün məktəblərdə qeyd olunması" qərarına Kıbrıs Türk xalqının birlikdə etiraz etməsinin əhəmiyyətini də dilə gətirib.

Akıncı Rum Məclisinin 7 apreldə bir addım ataraq bu səhvdən döndüyünü xatırladaraq bildirib ki, necə ki səhvi gördük, atılan bu doğru addımı görmək və göstərmək də lazımdır. Yeni müzakirə prosesində birtərəfli addımlar atmağımızı heç kəs gözləməsin. Bu yolda birlikdə addımladığımız zaman nəticə əldə edilə bilər.

 



Әlaqәli Xәbәrlәr