Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib

Fevralın 28-də İslamabadda iki qardaş ölkənin dövlət başçılarının görüşü olub.

682039
Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib
İslamabad-Erdoğan-Aliyev

Fevralın 28-də İslamabadda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq dilə gətirilib. Ayrıca ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.

Enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb və onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulandı.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Qeyd edək ki, İslamabadda Serena oteldə baş tutan görüş 50 dəqiqəyə yaxın çəkib.

Bu arada dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinə toxunub.

Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir davam etdiyini və münaqişənin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylərin hələ də nəticəsiz qaldığını xatırladan R.T.Ərdoğan İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi ilə ciddi nəticələr əldə etməyin mümkün olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr