Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik davam edir

Azərbaycan-Ermənistan cəbhə xəttində gərginliyin dərinləşdiyi, Ermənistan ordusunun hücumlarını artıraraq davam etdirdiyi bildirilib.

680803
Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik davam edir

Azərbaycan-Ermənistan cəbhə xəttində gərginliyin dərinləşdiyi, Ermənistan ordusunun hücumlarını artıraraq davam etdirdiyi bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatlar nəticəsində 5 hərbi qulluqçunun şəhid olduğunu açıqlayıb.

Müdafiə Nazirliyi bildirib ki, meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

“Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib"– deyə, məlumatda qeyd olunub.



Әlaqәli Xәbәrlәr