Mövlud Çavuşoğlu və Mustafa Akıncı "Enosis" qərarından danışdılar

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ŞKTR-in prezidenti  Mustafa Akıncı ilə görüşdü

677364
Mövlud Çavuşoğlu və Mustafa Akıncı "Enosis" qərarından danışdılar

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu: "Yunan (rum) tərəfi Kipr (Kıbrıs) məsələsinin həll olunmasını istəyib-istəmədiyinə dair qərar verməlidir" dedi. 
 
 Danışıqları sabotaj edən "Enosis" (Kiprin Yunanıstana birləşdirilməsi) qərarından sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hadisələri qiymətləndirmək üçün  ŞKTR-ə getdi və  prezident  Mustafa Akıncı ilə görüşdü.
 
 Çavuşoğlu görüşdən sonra keçirilən birgə mətbuat toplantısında Kipr (Kıbrıs) müzakirələrində çox kritik bir mərhələyə gəlindiyinə diqqət çəkərək: "Enosis" qərarı onların xəyallarından vaz keçmədiklərini göstərdi. Çox uğursuz bir addımdır. Danışıqların davam etdiyi bir məqamda parlamentdə "Enosis"in müzakirəsi çox əlamətdardır. Masaya qayıtsınlar və xəyallarından əl çəksinlər. Biz adada sabitliyin və rifahın bərqərar olması naminə üzərimizə düşən işi  davam etdirəcəyik. Əgər yunan (rum) tərəfi həll istəməzsə, o zaman biz ŞKTR  ilə yol xəritəmizi müəyyənləşdirərik və heç kimə də hesabat vermərik" dedi.
 
 Mustafa Akıncı Türk tərəfinin səyləri sayəsində danışıqların bu qədər irəlilədiyini qeyd etdi və "Enosis" qərarı ilə əlaqədar: "Bu mənfilikləri görməzlikdən gələ bilmərik. Bunlar düzəldilməlidir" dedi.
 
 



Әlaqәli Xәbәrlәr