Qırğızıstanda, spirtli içkilər içmək qadağan edilib

Qırğızıstanda ümumi yirlǝrdǝ xalqı narahat etmǝk, yaman demǝk, spirtli içkilər içmək qadağan edilib.

658723
Qırğızıstanda, spirtli içkilər içmək qadağan edilib

Prezidentin Mətbuat xidmǝtindǝn verilǝn açıqlamada bildirilib ki, prezident Almazbek Atambayev, parlamentin qǝbul etdiyi ‘ictimai nizam və təhlükəsizliyi güclǝndirǝcǝk tədbirlər’ ehtiva edən qanun layihǝsini tǝsdiq edib.

Mǝlumata görǝ qanun layihǝsiylǝ, cəmiyyətə açıq yerlərdə insanlara narahatlıq vermək, yaman demǝk, spirtli içkilər içmǝk və sərxoş gǝzmǝk kimi yaxşı qarşılanmayan hǝrǝkǝtlǝrin qarşısını almaq vǝ gǝnclǝri bu mənfi rǝftarlardan qorumaq, cəmiyyəti əxlaqi cǝhǝtdǝn inkişaf etdirmǝk, qarşıda mǝqsǝd götürülüb.

Qadağan qǝrarına riayǝt etmǝyǝnlǝr 15 ilə 45 dollar cǝrǝmǝ ödǝyǝcǝklǝr. Bu cǝzanı ödǝmǝkdǝ imtina edǝnlǝr, 8 saat ictimai xidmət cǝzasına və ya 10 gün hǝbsǝ mǝhkum edilǝcǝklǝr.

Gǝnclǝri mənfi rǝftara tǝşviq edǝnlǝr üçün 145 dollara qədər pul cəzası tətbiq edilǝcǝk. Qanun 1 Fevralda qüvvǝyǝ minǝcǝk.



Әlaqәli Xәbәrlәr