Azərbaycan 20 Yanvar şəhidlərini anır

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Azǝrbaycanda, Türkiyǝdǝ vǝ dünyanın müxtǝlif ölkǝlǝrindǝ anım tǝdbirlǝri keçirilir.

654713
Azərbaycan 20 Yanvar şəhidlərini anır

Azərbaycan 20 Yanvar şəhidlərini anır.

Azǝrbaycan xalqı 20 Yanvar faciǝsini heç vaxt unutmadı.
20 Yanvar faciəsi Azǝrbaycanın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlər qanları ilə Azərbaycanın yeni tarixini yazdılar.
XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 27 il ötür. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu görünməmiş ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 20-də qanlı divan tutuldu. 
Mǝqsǝd; müstǝqillik istǝyǝn Azǝrbaycan xalqını sǝsini çıxarmasına mane olmaq, Sovet İttifaqındakı digǝr cümhuriyyǝtlǝri göz dağı çǝkmǝk idi. 

Sovet ordusu gǝnc-yaşlı, qadın-kişi fǝrqi qoymadan qarşısına çıxan hǝr kǝsi qǝtlǝ yetirdi. 

O gün Azǝrbaycan müstǝqillik uğrunda 130-dan çox şǝhid verdi. 

Cari il dǝ 20 Yanvar şǝhidlǝri unudulmadı.

“Qanlı Yanvar” hadisələri  həmişə yaddaşlardadır. Türkiyə qardaş Azərbaycan xalqı ilə  dərtlərini paylaşdığını göstərmək və kədərlərini dünyaya çatdırmaq məqsədi ilə Türkiyədə və başqa ölkələrdə yürüşlər keçirmiş, mediada beynəlxalq ictimaiyyətə bu qətliam haqqında məlumat ötürmüşdür.



Әlaqәli Xәbәrlәr