Türkmənistan, İrana təbii qaz ixracatını dayandırıb

Türkmənistan, ödənişlər mövzusundakı ixtilaf sǝbǝbiylə İrana təbii qaz ixracatını dayandırıb.

642018
Türkmənistan, İrana təbii qaz ixracatını dayandırıb

İran Neft Nazirliyi, Türkmǝnistanın qǝrarından sonra təbii qazın istifadǝsindǝ qǝnaǝt edilmǝsi mövzusunda xalqa çağırış edib.

Türkmənistan, qaz ixracatının yenidǝn başlaya bilmǝsi üçün İrandan yığılmış borcunu dərhal ödəməsini istəyib. Ancaq iki ölkǝ borcun miqdarı mövzusunda razılaşa bilmǝyib.

Qeyd edǝk ki, İran, cənub ǝrazilǝrindǝ zəngin neft yataqlarının olmasına baxmayaraq, şimal vilayǝtlǝrinin yanacaq enerji ehtiyacını Türkmənistandan satın aldığı təbii qazı ilǝ tǝmin edir.

Türkmənistan 2006-ci ildǝ dǝ qış fǝslindǝ irana qaz ixracatını dayandırmış vǝ rǝsmi Tehran isǝ tǝbii qazın qiymǝtini 9 dǝfǝ artırmaq mǝcburiyyǝtindi qalmışdı.

 



Әlaqәli Xәbәrlәr