Özbəkistanın yeni prezidenti andiçmə mərasimindən sonra vəzifəsinə başladı

Yeni prezident Şavkat Mirziyoyev parlamentin iki palatasının birgə yığıncağında andiçmə mərasimindən keçərək dövlət başçısı kimi vəzifələrinin icrasına başlayıb.

630393
Özbəkistanın yeni prezidenti andiçmə mərasimindən sonra vəzifəsinə başladı

Dekabrın 14-də Özbəkistanın yeni prezidenti Şavkat Mirziyoyev parlamentin iki palatasının birgə yığıncağında andiçmə mərasimindən keçərək dövlət başçısı kimi vəzifələrinin icrasına başlayıb.

Dekabrın 4-də keçirilmiş seçkidə qalib gəlmiş Mirziyoyev Özbəkistan Konstitusiyası və Qurana əl basaraq and içib.

Andiçmə mərasimində Özbəkistan hökumətinin üzvləri, nazirliklərin və dövlət idarələrinin başçıları, MSK-nın rəhbərliyi, xarici səfirliklərin və təşkilatların nümayəndələri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən dekabrın 4-də keçirilmiş prezident seçkisində Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən baş nazir, sahibkarlar və işgüzarlar hərəkatının, habelə Liberal Demokrat partiyasının namizədi Şavkat Mirziyoyev seçicilərin 88, 61 faizinin səsini qazanaraq qalib gəlib.

Bu gün keçirilən parlament mərasimində Özbəkistan MSK-nın sədri Mirzo-Uluqbek Abdusalamov Mirziyoyevə Özbəkistan prezidentinin vəsiqəsini və MSK-nın şəhadətnaməsini təqdim edib.



Әlaqәli Xәbәrlәr