TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan etdi

Qərar Azərbaycan şairinin gələn il qeyd olunacaq 300 illik yubileyi ilə əlaqədar qəbul olundu.

626420
TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan etdi

Bir neçə gün əvvəl Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirildi.

Toplantıda 2017-ci ilin “Molla Pənah Vaqif ili” olması barədə qərar qəbul olundu.

Qərar Azərbaycan şairinin gələn il qeyd olunacaq 300 illik yubileyi ilə əlaqədar qəbul olundu.

Bundan başqa yeni “Türk dünyasının mədəniyyət paytaxtı” da məlum oldu. Gələn il bu adı Qazaxıstanın Türküstan şəhəri daşıyacaq.

Qeyd edək ki, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Şəki şəhəri idi.



Әlaqәli Xәbәrlәr