Türkistan şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi

Dekabrın birindǝ Azərbaycanın Şǝki şǝhǝrindǝ həyata keçirilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının 34.toplantısına yekun vurulub.

621808
Türkistan şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi

Toplantı çǝrçivǝsindǝ qǝbul edilǝn qǝrarlar vǝ yekun bǝyannamǝ imzalanıb.

İmzalanma mərasimindən sonra 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türküstan şəhərinin seçildiyi elan olunub.

TÜRKSOY üzvü ölkələrin hǝmrǝyliyi ilǝ "2016 Türk Dünyası Mədəniyyət Paytaxtı" seçilən Şəki şəhərində təşkil edilən yığıncağa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Qaqauziya, Şimali Kıbrıs Türk Respublikası mədəniyyət nazirləri və səlahiyyətliləri qatılıb.

Türk Şurası, Türk Dilli Ölkələr Parlament Assambleyası, Türk Akademiyası, Türk Mədəniyyət Mirası Vəqfi kimi beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiklǝri yığıncaqda Türkiyəni Mədəniyyət və Turizm Nazirliyinin rǝsmisi Nihat Gül təmsil edib.

Yığıncaqda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təklifinǝ görǝ 2017-ci ilin, Türk dilli ölkǝlǝrdǝ “Molla Pǝnah Vaqif”i Anma ili” elan edilməsi qǝrarına  gǝlindi. Qǝrar Vaqifin   300-cü   ad  günü münasibǝtiylǝ  qǝbul  edilib.   



Әlaqәli Xәbәrlәr