Prezident seçkisini ən az 600 müşahidəçi izləyəcək

Özbəkistanda 4 dekabrda keçiriləcək prezident seçkisini təxminən 50 ölkədən 600-dən çox müşahidəçi izləyəcək.

619618
Prezident seçkisini ən az 600 müşahidəçi izləyəcək

Mərkəzi Seçki Komissiyasının sədri Mirzo-Uluğbek Abdusalomov, beynəlxalq ictimaiyyətin prezident seçkisinə böyük maraqla yanaşdığını, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçkini ilk dəfə tam təşəkküllü müşahidə heyətiylə izləyəcəyini bildirib.

Abdusalomovun məlumatına görə yerli və xarici olmaqla təxminən min 300 jurnalistin də izləyəcəyi Prezident seçkisində, Milli şahlanış Demokrat Partiyası lideri Sarvar Atamuradov, Ədalət Sosial Demokrat Partiyası lideri Nariman Umarov, Xalq Demokrat Partiyası lideri Hotamjon Ketmonov ilə Liberal Demokrat Partiyası mənsubu olan Baş nazir Şavkat Mirziyoyev yarışacaq.

32 milyon əhaliyə sahib olan Özbəkistanda 21,5 milyon qeydyatlı seçici var. Prezident seçkisi üçün ölkə daxilindəki seçki məntəqələrində cəmi 9 min 378 səs qutusu serləşdiriləcək.

Qeyd edək ki, Prezident İslam Kərimov, 2 Sentyabrda müalicə olunduğu xəstəxanada dünyasını dəyişmişdi.



Әlaqәli Xәbәrlәr