Mont Pelerin danışıqları nəticəsiz qaldı

İsveçrənin Mont Pelerin şəhərində Kipr (Kıprıs) probleminin həlli ilə əlaqədar danışıqların  ikinci mərhələsi keçirildi.

615115
Mont Pelerin danışıqları nəticəsiz qaldı

İsveçrənin Mont Pelerin şəhərində Kipr (Kıprıs) probleminin həlli ilə əlaqədar danışıqların  ikinci mərhələsi keçirildi.  Müzakirələr rum (yunan) tərəfinin qeyri-konstruktiv mövqeyi  səbəbindən nəticəsiz qaldı.

Şimali Kipr Türk Respublikası (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) Prezident  Aparatının sözcüsü Barış Burcu danışıqlardan sonra verdiyi açıqlamada prosesin rum (yunan) tərəfinin qeyri-konstruktiv yanaşması və təzyiq nümayiş etdirməsi nəticəsində müvəffəqiyyətsizliyə uğradığını söylədi.

Türk tərəfi olaraq  müzakirələrdə ilk gündən etibarən xoş niyyətlə həll yolları tapmağa çalışdıqlarını qeyd edən Burcu:"Maksimalist bir mövqe gördük. Bu şəkildə danışıqlar aparılmaz” dedi.

Birləşmiş Millətlər Təşkilatı də yazılı açıqlama ilə Mont Pelerin prosesinin müvəffəqiyyət əldə etmədiyini bildirdi.

Açıqlamada  hər iki liderin bütün səylərinə baxmayaraq,  prosesi sonrakı mərhələyə keçirəcək torpaq meyarları mövzusunda irəliləyiş olmadığı üçün müzakirələrin nəticəsiz qaldığı ifadə edilir.

 



Әlaqәli Xәbәrlәr