Bu qız yeni kəşfdir

Türkiyədə təhsil alan 17 yaşlı azərbaycanlı qız qardaş ölkədə diqqətləri özünə cəlb edib.

614212
Bu qız yeni kəşfdir

  Emiliya Cavid "Dangerous women" mahnısını oxuyub. Mahnını yazan studiya rəsmi səhifəsində Emiliyanın çıxışını paylaşıb və belə yazıb: "Bu qız bizim yeni kəşfimizdir. Cəmi 17 yaşındadır. Özünə solisit deyənlə baxıb utansın".

  Gənc müğənninin atası, əsli Təbrizdən olan, illərdir Bakıda yaşayıb-yaradan, vokal səsli estrada müğənnisi Cavid Hüseyndir. O, qızı və ifası haqqında deyir: "Deməli, gen öz işini görür. Ürəyimin bir parçası olan, uşaqlıqdan Emili deyə çağırdığımız Emiliya qızım Türkiyədə öz ifasıyla onu dinləyən hər kəsi heyran edib. Ona uğurlar diləyirəm.”

  Emiliya Cavidə istedadı həm ata, həm ana tərəfindən keçib. Bu sırada onun Səbirə nənəsi və Məmməd babası xüsusi yer tutur.

  Bir neçə ay əvvəl dünyasını dəyişmiş baba Məmməd Ağasiyev doğulduğu Astara şəhərində gözəl tar və gitara ifası ilə tanınırdı, həm də şair idi ki, sonralar iki şeir kitabını oxuculara təqdim etdi.

  Məmməd və həyat yoldaşı Səbirə Ağasiyeva qızlarını Astara Musiqi Məktəbinin pianino sinfinə verirlər. Amma sonradan övladlarının kiçik məkana sığmayan istedadlarını görüncə Məmməd kişi və Səbirə xanım qızlarını da götürüb ailəcə paytaxt Bakıya köçürlər. Bütün ömür-günlərini onların oxumalarına, ali və incəsənət təhsili almalarına və cəmiyyətdə özünəməxsus yer tutmalarına sərf edirlər. Zəhmətləri hədər getmir.

  Ailənin böyük qızı Sevinc Ağasiyeva nəinki pianoçu, həm də bir bəstəkar kimi yetişir. Tələbə ikən Bakıda təbrizli müğənni Cavid Hüseynlə tanış olur, evləndikdən sonra isə birgə sənət yolu cızırlar. Cavid artıq həyat yoldaşının da mahnılarını öz repertuarına daxil edir, konsertlər verir.

  Bu cür ailədə dünyaya gələn Emiliya da sənət dünyasına vurulur və öz yolunu müəyyən edir.

  Uşaqlıqda “Girov” filmi və bir çox səhnəciklərdə rol alsa da, aktrisa deyil, müğənniliyi seçir, həm atasından, həm anasından öyrənir, mahnılar oxuyur.   

  Hal-hazırda Emiliya Cavid Türkiyənin Bahçeşehir Universitetində bakalavr təhsili alır. Türkiyədə ilk uğuru onu daha da incə sənətin aşiqi edir.  



Әlaqәli Xәbәrlәr