Denizli şəhərində Qarabağ parkı və Xocalı soyqırımı abidəsi

Denizli şəhərində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub.

605605
Denizli şəhərində Qarabağ parkı və Xocalı soyqırımı abidəsi

 Denizli şəhərində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub.

Parkın açılış tədbirində çıxış edən Denizli şəhərinin bələdiyyə sədri Osman Zolan Qarabağ problemi və Xocalı soyqırımının bütün türklərin ağrısı olduğunu bildirib.

Parkın açılışında iştirak edən Azərbaycan millət vəkili Qənirə Paşayeva Denizli bələdiyyə sədrinə və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın işğalçılıq siyasəti, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib.

Millət vəkili tədbir iştirakçılarının və KİV nümayəndələrinin suallarını da cavablandırıb.

Qeyd edək ki, Qarabağ parkının açılışı mərasimi bəzi televiziyalar tərəfindən canlı olaraq yayımlanıb.



Әlaqәli Xәbәrlәr