Azərbaycanda irimiqyaslı təlimlər keçiriləcək

Azərbaycanda səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

603046
Azərbaycanda irimiqyaslı təlimlər keçiriləcək

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimlərə 60 mindən çox şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sisteminin cəlb ediləməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr