Medianın aktual problemləri Azərbaycanın paytaxtı Bakıda müzakirə ediləcək

Dünyanın aparıcı xəbər agentlikləri sürətlə dəyişən zəmanəmizdə medianın aktual problemlərini müzakirə etmək üçün Azərbaycanın paytaxtı Bakıda toplaşacaq.

601149
Medianın aktual problemləri Azərbaycanın paytaxtı Bakıda müzakirə ediləcək

Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasında Yonhap xəbər agentliyinin prezidenti Park No-hvanq da iştirak edəcək

Dünyanın aparıcı xəbər agentlikləri sürətlə dəyişən zəmanəmizdə medianın aktual problemlərini müzakirə etmək üçün Azərbaycanın paytaxtı Bakıda toplaşacaq.

Bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovun Yonhap xəbər agentliyinin prezidenti Park No-hvanq ilə görüşündə məlumat verilib.

Görüş zamanı iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrin iqtisadi, siyasi, mədəni sahələr də daxil olmaqla geniş spektri əhatə etdiyi vurğulanıb. Əlaqələrin daha da genişləndirilməsi fonunda Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə Koreya Respublikasının Yonhap agentliyi arasında əməkdaşlığa dair ötən il imzalanmış sazişin əhəmiyyəti qeyd edilib.

Park No-hvanq noyabrın 16-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin, həmçinin Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının (OANA) iclaslarında iştirak edəcəyini və Azərbaycana səfərini səbirsizliklə gözlədiyini deyib.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr