Dünya azərbaycanlılarının palitrası

"Məncə, bu kitab bizə daha çox çalışmaq, vətənimizi daha yaxşı təmsil etməyə bir stimul olacaqdır", L.Süleymanlı

599479
Dünya azərbaycanlılarının palitrası

  Azərbaycan Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb. Kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb. Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv azərbaycanlılardan alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Hər bir müsahibə öz dövrünün reallığını əks etdirir. Topluda bütün müsahibələr çap olunma tarixinə görə sıralanıb. Dünyanın ucqar ölkələrində belə yaşayan azərbaycanlıların müsahibələrini buradan oxumaq mümkündür.

  “Xaricdəki soydaşlarımızın hər birində əsl azərbaycanlı ürəyi var. Bu ürəkdəki saf, ülvi hisslər özünün cazibə qüvvəsi ilə onları müqəddəs Vətənə - Azərbaycana bağlayır. Elə biz də qəlbini, ruhunu diaspor işinə sərf edən və məşhur bir ifadədə deyildiyi kimi: “Vətən üçün nə etməli?” amalı ilə yaşayan soydaşlarımızı “Dünya azərbaycanlılarının palitrası” kitabında bir yerə toplamağa və eyni məqsədə sövq etməyə çalışmışıq. Bu, həmçinin dünya azərbaycanlılarının bir-birlərini tanıması, əlaqələrinin qurulması və həmrəyliyi üçün yeni töhfədir”, - deyə müəllif Fuad Hüseynzadə kitabın müqəddiməsində bildirir.

  Müəllif bu kitabı araya-ərsəyə gətirməyi əsl vətəndaşlıq borcu hesab edir: “Kitabda bir növ diaspor öz dilində danışır. Bu baxımdan, kitab sanki canlıdır, döyünən bir ürəkdir, Azərbaycan diasporunun həm özüdür, həm də güzgüsüdür”.

  Müsahibələrdən biri də Ləman Süleymanlı ilə bağlıdır. 2005-ci ildə Moskva Unversitetinin hüquq fakultəsini bitirən Ləman Azərbaycana qayıtdıqdan sonra Sumqayıt Potensial Hüquq, SİQMA, Avrasiya Araştırmalar və Qafqaz Araşdırmalar mərkəzlərində çalışıb. 2013 cü ildə Türkiyənin təqaüd praqramı əsasında Kayseri  Erciyes Unversitetinin hüquq fakultəsinə magistutura pilləsinə daxil olub. Hal-hazırda “Türkiyə və Azərbaycanda qadın və uşaqların əmək hüquqları” mövzusunda elmi iş üzərində işləyir. TRT Avazda canlı yayımlanan, Türkiyənin tanınmış şairlərindən olan Nurullah Gəncin yaradıcılıq gecəsində geniş kütlə qarşısında “Gəlmədin” şeirini söyləyib. Dəfələrlə Türkiyədə keçirilən, Türkiyə, Azərbaycan və Cənubi Azərbaycanda erməni yalanlarıyla bağlı azərbaycanlı və türkiyəli tarixçi və millət vəkilləriylə birgə olan konfranslarda çıxış və iştirak edib. Kayserinin  Kampus TV kanalında  canlı yayım proqramlarına dəvət olunub. 2015-ci ilin 26 fevralında Zəngin Azərbaycan Mübarizə İçtimai Birliyinin və Erciyes Unversitetinin təşəbüsü ilə Xocalı və itirilmiş Azərbaycan torpaqları ilə bağlı “Turk dunyasi, ermeni yalanlari, Xocali soyqırımı" adlı geniş konfrans hazırlayanlardan biri olub. 2015 ci ilin mayında  isə Böyük Erməni Yalanı Konfuransında Kayseri üzrə millət vəkili Yusuf Halaçoğluyla eyni səhnəni bölüşərək bir qarabağlı olaraq yaşadıqlarını insanlarla paylaşıb.

  Araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabıyla bağlı Ləman Süleymanlı deyir: “Türkiyədə bir QHT tədbirində F.Hüseynzadə belə bir kitab hazırlamaq fkrinin olduğunu və mənim də müsahibəmin kitaba salmaq istədiyini bildirdi. O dedi ki, “Xaricdə oxuyan tələbələrin oxuduğu ali təhsil ocaqlarında vətənimiz  Azərbaycanla bağlı işlərini yüksək qiymətləndiririk və dəyərləndirmək borcumuzdur”. Məncə, bu kitab bizə daha çox çalışmaq, vətənimizi daha yaxşı təmsil etməyə bir stimul olacaqdır. Bu, bizim bir vətənə sevgimizdən irəli gəlir”. 



Әlaqәli Xәbәrlәr