İstanbuldakı TÜRKSOY Opera Günləri Rəşid Behbudova ithaf olundu

Türk dünyasının tanınmış opera sənətçiləri İstanbuldakı TÜRKSOY Opera Günləri konsertində bir araya gəldi.

591322
İstanbuldakı TÜRKSOY Opera Günləri Rəşid Behbudova ithaf olundu

  Türk respublikalarının müstəqilliklərinin bərpasının 25-ci ildönümü azərbaycanlı sənətkar Rəşid Behbudovun xatirəsinə ithaf edildi. İstanbulda təşkil edilən və İstanbul Dövlət Opera və Balet Teatrı Orkestrinin müşayətilə olan konsertdə Türkiyədən Hüseyn Likos, Şimali Qıbrız Türk Respublikasından Emre Özarabacı, Yakutiyadan Marqarita Martınova və Aleksandr Yemelyanov, Qırğızıstandan Almazbek İstambayev və Ayzirek Momunova, Azərbaycandan Afaq Abbasova və Azər Zeynalov, Qazaxıstandan Ayzada Kaponova, Başqırdıstandan isə Elvira Fatihova çıxış etdilər.

  TÜRKSOY Baş katibinin müavini Fırat Purtaş Şimali Qıbrız Türk Respublikasından başlanan bu tədbirlər silsiləsilə türk soylu sənətkarları, bütövlükdə türk mədəniyyətini tanıtdıqlarını vurğuladı.
 



Әlaqәli Xәbәrlәr