Bura Avropa Şurası deyilmi?

"Bir italiyalı millət vəkili qalxıb dedi ki, “Rusiya heç bir zaman Krımı geri verməz, çünki güclü dövlətdir", M.Ə.Kırımoğlu

589744
Bura Avropa Şurası deyilmi?

  Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin - Krımın ilhaqının üzərindən 2 ildən çox vaxt keçir.

  Ukraynada vətəndaş müharibəsi və Rusiya hərbi müdaxiləsinin ən ağır zərbəsi Krım tatarlarına dəydi. Onlar Sovet dövründə olduğu kimi yenə böhranın mərkəzindədir.

  Avropa Şurasında görüşlərdə olan Krım Tatarları lideri Mustafa Əbdülcəmil Kırımoğlu 2014-ci il işğalından bu yana Rusiyanın təzyiqinin getdikcə artdıdığına diqqət çəkdi və son proseslər barədə TRT-ə danışdı.

M.Ə.Kırımoğlu: "Bu gün də vəziyyət belədir. Bir az əvvəl mənə zəng etdilər. Krım tatarlarının evlərində axtarışlar aparırlar. Həccdən gələni də axtarırlar. Nə axtardıqları da məlum deyil. Bir neçə tatara qarşı cinayət işi açıblar. Krımı Rusiya torpağı olaraq tanımayanları həbs edirlər."

  İllərdir Krıma girişi qadağan edilən Əbdülcəmil Kırımoğlu bütün təzyiqlərə baxmayaraq Krımı Rusiyanın işğalı kimi tanımaqda qərarlıdır. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar mühümdür, amma Avropa Şurasında bəzi siyasətçilər buna qarşıdır.

M.Ə.Kırımoğlu: "Bir italiyalı millət vəkili qalxıb dedi ki, “Rusiya heç bir zaman Krımı geri verməz, çünki güclü dövlətdir. Ona görə bu sanksiyaların heç bir mənası yoxdur. Ruslarla razılaşmaq lazımdır. Madəm ki, Krım tatarlarına çətinlik yaradırlar, oturub danışaq ki, etməsinlər”. Mən anlamadım. Hara gəldik? Bura Avropa Şurası deyilmi? Burada Avropa dəyərləri, yoxsa beynəlxalq qanunlar etibarlılıdr? Yoxsa mafiyanın bir toplantı yeridir bura? Demək, quldurlarla razılaşmaq lazımdır, çünkü güclüdürlər? Bir zamanlar Sovet rejimi də “Biz güclüyük, sizə belə eliyərik, elə eliyərik” deyirdi. Amma Sovetlər belə dağıldı."

  Kırımoğlu Rusiyanın bölgədə artmağa  davam edən hərbi birliklərinə də diqqət çəkdi.

M.Ə.Kırımoğlu: "İndi Krım yarımadası hərbi bir baza olub. Aldığımız məlumata görə, ora 6 nüvə silahı bombası gətirilib. Bu təkcə Ukrayna deyil, bütün Qaradəniz bölgəsinə təhdiddir."

  Onu da qeyd edək ki, Krım tatarlarının səsini dünyaya eşitdirməyə çalışan Mustafa Əbdülcəmil Kırımoğlu Avropa Parlamentinin insan haqqları və ifadə azadlığı müdafiəçilərinə verdiyi “Saxarov mükafatı”nın bu ilki namizədləri arasındadır.
 



Әlaqәli Xәbәrlәr